Vüsal Nəsirli direktoru işdən çıxardı – Yeni təyinat

Vüsal Nəsirli direktoru işdən çıxardı – Yeni təyinat
Gündəm 30 İyul 2026 14:49

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus "53 №-li Yol İstismarı” MMC-nin direktoru Şahin Şamxalov vəzifəsindən azad olunub.

Sitat.info İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb.

Məlumata görə, "53 №-li Yol İstismarı” MMC-yə rəhbərlik Emin Quliyevə həvalə olunub.