Avropa Liqası: "Qarabağ" MOİK-ə qarşı

Avropa Liqası: \"Qarabağ\" MOİK-ə qarşı
İdman 30 İyul 2026 10:23

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.

Sitat.info xəbər verir ki, təmsilçimiz "Qarabağ" Bolqarıstanda MOİK-in qonağı olacaq.

Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FİFA referisi Brem van Drisş idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.