Tramp: İranın son hücumları cavabsız qalmayacaq

Tramp: İranın son hücumları cavabsız qalmayacaq
Gündəm 29 İyul 2026 19:50
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların davam etdiriləcəyini, lakin İordaniyadakı ABŞ bazalarına son hücumun cavabsız qalmayacağını bildirib.
 
Bu barədə Tramp "Fox News” telekanalına müsahibəsində deyib.
 
"Hələlik onlara danışmağa imkan verəcəyik", - o qeyd edib.
 
ABŞ Prezidenti bildirib ki, İranın İordaniyaya son gecə hücumu onlar üçün gözlənilməz olub və ABŞ qüvvələrinin İran raketlərini vurmaq üçün cəmi bir neçə dəqiqəsi olub.
 
O qeyd edib ki, bu gözlənilməz hücuma cavab olaraq İrana qarşı zərbələr endiriləcək: "Biz onları möhkəm vuracağıq. Onlar ağır zərbə alacaqlar".
 
Tramp həmçinin İraqda İranın dəstəklədiyi silahlı qruplaşmalara qarşı tədbirlərin nəzərdən keçirildiyini də bildirib: "İranın dəstəklədiyi İraq qruplaşmaları dünya üçün xərçəngdir."