Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı

Ağdam, Füzuli və Cəbrayılda yanğınlar başladı
Gündəm 28 İyul 2026 17:20

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar xəttinə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qazaxlar, Cəbrayıl rayonunun Çaxırlı və Mehdili kəndləri istiqamətlərində açıq ərazidə yanğınların baş verməsi barədə məlumatlar daxil olub.

Nazirıikdən Sitat.info-ya verilən məlumata görə, məlumatlarla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazilərin minalanmış və havanın küləkli olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğınların söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.