Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu - Fotolar

Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu - Fotolar
Gündəm 24 İyul 2026 18:00

Ağdamda baş verən genişmiqyaslı yanğın zamanı kənd qəbiristanlığının alovun təsirinə məruz qalmasının qarşısı alınıb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, son günlər işğaldan azad edilmiş ərazilərdə baş verən yanğınlar rayonun Cəvahirli kəndi ərazisində genişlənib.

Geniş sahəni əhatə edən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən kənd qəbiristanlığının alovun təsirinə məruz qalmasının qarşısı alınıb.

Hazırda ərazidə yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu - Fotolar Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu - Fotolar Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu - Fotolar Cəvahirlidə qəbiristanlıq yanğından mühafizə olundu - Fotolar