Gəncədə 13 yaşlı qızı maşın vurdu

Gəncədə 13 yaşlı qızı maşın vurdu
Gündəm 23 İyul 2026 20:50

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, Cavadxan qəsəbəsində qeydə alınan hadisə zamanı 2013-cü il təvəllüdlü M. Əliyevanı avtomobil vurub.

İlkin ehtimala görə, qəza yolu keçmək istəyərkən baş verib.

Xəstəxanaya yerləşdirilən piyadanın müalicəsi davam etdirilir.