ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb

ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Gündəm 22 İyul 2026 19:15
İran Səhiyyə Nazirliyi iyunun 27-dən etibarən ABŞ-ın İrana qarşı başladığı yeni hava zərbələri nəticəsində 53 nəfərin öldüyünü açıqlayıb.
 
Həlak olanlar arasında 6 qadın və 18 yaşdan aşağı 3 yeniyetmə də var.
 
Bildirilib ki, hücumlar nəticəsində ümumilikdə 592 nəfər yaralanıb. Yaralılardan 36 nəfərin müalicəsi xəstəxanalarda davam edir.