İranı körpü və elektrik stansiyalarına zərbələr endirməklə hədələdi

İranı körpü və elektrik stansiyalarına zərbələr endirməklə hədələdi
Gündəm 22 İyul 2026 18:38

ABŞ Prezidenti Donald Tramp İrana sərt xəbərdarlıq edib.

Sitat.info xəbər verir ki, ABŞ lideri bu haqda “Truth Social” sosial şəbəkəsində yazıb.

“Bundan sonra İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, dron və ya digər silahlarla zərbə endirdiyi təqdirdə, ABŞ körpünü və ya elektrik stansiyasını – o cümlədən paytaxt Tehranın yaxınlığında və ya şəhərin özündə yerləşənləri bombalayıb məhv edəcək”, – deyə Tramp bildirib.