Mikayıl Cabbarov Sardor Umurzakovla görüşüb - FOTO

Mikayıl Cabbarov Sardor Umurzakovla görüşüb - FOTO
Gündəm 20 İyun 2022 16:51

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Respublikasının Baş nazirinin müavini, investisiyalar və xarici ticarət naziri Sardor Umurzakovla görüşüb.

"Apa-Economics" xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "Twitter" hesabında qeyd edib.

Nazir bildirib ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı, investisiya və KOB sahəsində əməkdaşlığın inkişafı ilə bağlı faydalı müzakirə aparılıb.