Müəllimlərin işə qəbulu imtahanlarına start verildi

Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Gündəm 14 İyul 2026 17:00
2026–2027-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılıb.
 
Sitat.info xəbər verir ki, test imtahanları iyulun 14-dən 18-dək ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində keçiriləcək.
 
İmtahanların ilk günündə 8024 namizəd iştirak üçün dəvət olunub. Ümumilikdə 95 faiz davamiyyət qeydə alınıb.
 
Bildirilib ki, iyulun 14-də keçirilən test imtahanı ilə bağlı apellyasiya müraciətlərinin qəbulu iyulun 15-i saat 12:00-dan etibarən başlayacaq. Müraciətlər 48 saat (2 gün) ərzində qəbul ediləcək.
 
Apellyasiya müraciətlərinə baxıldıqdan sonra imtahanın yekun nəticələri elan olunacaq.
 
Sonda test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulanıb.