Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb

Rusiya Sumıya zərbə endirib, dörd nəfər ölüb
Gündəm 11 İyul 2026 17:12
Rusiyanın idarəolunan aviabombalarla Sumı (Ukrayna) şəhərinə endirdiyi zərbə nəticəsində azı dörd nəfər ölüb.
 
Sitat.info xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov sosial şəbəkələrdə bildirib.
 
Onun sözlərinə görə, daha yeddi nəfər yaralanıb və xəstəxanalara çatdırılıb.
 
O.Qriqorov qeyd edib ki, xilasetmə əməliyyatı davam edir, hücumun nəticələri barədə məlumat isə dəqiqləşdirilir.