Ukrayna raketləri Almaniyada istehsal oluna bilər

Ukrayna raketləri Almaniyada istehsal oluna bilər
Gündəm 11 İyul 2026 08:42

Patriot” raketləri, ehtimal ki, Almaniyada və ya başqa bir Avropa ölkəsində istehsal olunacaq və münaqişə bitdikdən sonra istehsal Ukraynaya köçürülə bilər.

Bu barədə mənbələrə istinadən Reuters  agentliyi məlumat yayıb.

Mütəxəssislər hesab edirlər ki, “Raytheon”un “PAC-2” və ya “Lockheed”in “PAC-3” “Patriot” raketlərinin istehsalını qurmaq üçün vaxt lazım olacaq.

"12 aydan az vaxt aparsa, çox təəccüblənərəm. Düşünürəm ki, bu, xeyli uzun çəkəcək", - Oslodakı Norveç Müdafiə Tədqiqat Müəssisəsindən Fabian Hoffmann agentliyə açıqlaması zamanı bildirib.