Mağazadan oğurluq edən iki nəfər saxlanıldı

Mağazadan oğurluq edən iki nəfər saxlanıldı
Gündəm 10 İyul 2026 18:00
Xəzər rayonu ərazisində yerləşən evlərdən birindən naqil və məişət əşyaları oğurlanıb.
 
Sitat.info xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.
 
Bundan başqa, Yasamal rayonu ərazisində yerləşən tikinti materialları satılan mağazadan oğurluq etməkdə şübhəli bilinən 54 yaşlı A.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Faktlarla bağlı araşdırma aparılır.