Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - Foto

Bakıda kişi keçmiş arvadını küçədə güllələdi - Foto
Gündəm 09 İyul 2026 17:20

Bakıda silahlı insident baş verib.

Sitat.info  “Unikal”a istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb.

Belə ki, kişi ov tüfəngi ilə keçmiş arvadını güllələyərək qətlə yetirib. Daha sonra isə özünə silahla atəş açıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.