Bakıda yük maşını "zapravka"ya çırpıldı: Yaralananlar var - FOTO

Bakıda yük maşını \"zapravka\"ya çırpıldı: Yaralananlar var - FOTO
HADİSƏ 09 İyul 2026 11:24

Bakının Nizami rayonunda yanacaqdoldurma məntəqəsində qəza baş verib.

Sitat.info qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə saat 04:00 radələrində Mehdi Abbasov küçəsində qeydə alınıb.

SOCAR-a məxsus yanacaq daşıyan yük avtomobili və "KIA" markalı minik avtomobili idarəetmədən çıxaraq yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olub.

İlkin məlumata əsasən, qəza nəticəsində xəsarət alanlar var.

Faktla bağlı araşdırma aparılır.

Bakıda yük maşını \"zapravka\"ya çırpıldı: Yaralananlar var - FOTO