Marketlərdə satılan sellofan paketlər yenə bahalaşdı

Marketlərdə satılan sellofan paketlər yenə bahalaşdı
SOSİAL 09 İyul 2026 11:07

Bir sıra supermarketlərdə sellofan (polietilen) paketlər yenidən bahalaşıb.

Sitat.info xəbər verir ki, hazırda sellofan paketlər ölçüsünə uyğun olaraq 7 və 9 qəpiyə satılır.

Qeyd edək ki, 2023-cü ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və aidiyyəti qurumların qərarına əsasən, bu paketlər market kassalarında alıcılara ayrıca məhsul növü kimi ödənişli təqdim olunur. Həmin 3 və 5 qəpiyə təqdim olunan paketlər artıq 2 dəfəyə yaxın bahalaşıb.

Sellofan paketlərin təbiətdə tam məhv olması yüz illərlə vaxt tələb edir və bu ekoloji zərərin qarşısını almaq üçün inkişaf etmiş ölkələrdə də analoji qiymət tənzimləmələri tətbiq olunur.