Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb

Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb
Gündəm 08 İyul 2026 19:50
Almaniyanın Bavaria bölgəsində tədris müəssisəsində silahlı insident baş verib.
 
Bu barədə "BILD” xəbər verir.
 
Münhenin cənub-qərbində yerləşən gimnaziyada baş verən hadisə nəticəsində azı 4 nəfər xəsarət alıb, yaralıların dəqiq sayı bildirilməyib.
 
Yaralananların müəllim və ya şagird olması hələ müəyyənləşdirilməyib.
 
Xəsarət alanların bəzilərində bıçaq yarası olduğu qeyd olunub.
 
Hücumu törədən şəxs polis tərəfindən saxlanılıb.