Nəriman Həsənzadəbin vəziyyəti açıqlandı

Nəriman Həsənzadəbin vəziyyəti açıqlandı
SOSİAL 06 İyul 2026 14:04

Xalq şairi Nəriman Həsənzadə hələ də reanimasiyadadır.

Sitat.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya müalicəsi Mərkəzi Klinikada aparılan şairin köməkçisi, Əməkdar incəsənət xadimi Arif Mehmandost məlumat verib.

“Nəriman Həsənzadənin müalicəsi hələ də Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır-stabil olaraq qalsa da, ümumilikdə müsbətə doğru irəliləyiş müşahidə olunur”, - o deyib.

Xatırladaq ki, 95 yaşlı N.Həsənzadə iyunun 26-sı xəstəxanaya yerləşdirilib.