Qətlə yetirilən Orxan qazi imiş... - Foto

Qətlə yetirilən Orxan qazi imiş... - Foto
KRİMİNAL 19 İyun 2022 11:46

İyunun 15-də Şabranda qətlə yetirilən Orxan Əliyevin Vətən müharibəsi qazisi olduğu müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilən 1997-ci il təvəllüdlü Orxan Əliyev nişanlı olub.

Mərhum Vətən müharibəsində iştirakına görə, “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Qeyd edək ki, hadisəni törədən Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.