Müayinə üçün xəstəxanaya getmişdi - Öldü

Müayinə üçün xəstəxanaya getmişdi - Öldü
Gündəm 04 İyul 2026 15:00

Gəncədə xəstəxanaya müayinəyə gedən qadın ölüb.

Sitat.info  xəbər verir ki, ölüm hadisəsi Gəncə şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan xəstəxanaların birində baş verib.Belə ki, MRT-yə gedən 1958-ci il təvəllüdlü Zenfira Cəfərovanın qəfil halı pisləşib. Ona dərhal təcili tibbi yardım göstərilib. Müayinə zamanı qadının öldüyü məlum olub.

Məlumata görə, Z.Cəfərova xəstəxanaya qarın boşluğunun müayinəsinə gedibmiş.

///Qafqazinfo