Anar Abdullayev “Kəpəz”in yeni rəhbəri oldu

Anar Abdullayev “Kəpəz”in yeni rəhbəri oldu
İdman 03 İyul 2026 16:36

"Kəpəz" PFK İctimai Birliyinin İdarə Heyətinin iclası keçirilib.

Sitat.info xəbər verir ki, bu barədə klub məlumat yayıb.

İclasda Anar Abdullayev İdarə Heyətinin yeni sədri seçilib. O bu postda Adil Vəliyevi əvəz edib. 

Bundan başqa, Umud Tarverdiyev və Fərman Əlizadə İdarə Heyətinə üzv təyin olunublar.