Azərbaycan rəsmiləri Tehrandadır

Azərbaycan rəsmiləri Tehrandadır
SİYASƏT 03 İyul 2026 15:02

Azərbaycan nümayəndə heyəti İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Sitat.info APA-ya istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyəti bir qədər əvvəl Tehrana çatıb, onları hava limanında İran rəsmiləri qarşılayıb.

Qeyd edək ki, nümayəndə heyətinə Milli Məclisin sədri Sahibə Qafarova, Baş nazirin müavini Şahin Mustafayev, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.