Moldovanın Baş naziri istefa verdi

Moldovanın Baş naziri istefa verdi
Dünya 03 İyul 2026 13:04

Moldovanın Baş naziri Aleksandru Muntyanu bu gün səhər istefa verib.

Sitat.info APA-ya istinadən məlumatına görə, Muntyanu bildirib ki, "mandatını prinsiplərinə uyğun şəkildə yerinə yetirə bilməyəcəyi üçün" istefa vermək qərarına gəlib.

Qeyd edək ki, Aleksandru Muntyanunun istefası hökumət məmurlarının iştirak etdiyi bir sıra korrupsiya qalmaqallarından sonra baş verib.