"Qarabağ" onu transfer edir

\"Qarabağ\" onu transfer edir
İdman 03 İyul 2026 10:19

Futbol üzrə "Qarabağ" komandası "Ferentsvaroş"un müdafiəçisi Cebrail Makreçkis ilə yaxından maraqlanır.

Sitat.info oxu.az-a istinadən xəbər verir ki, 26 yaşlı oyunçu Ağdam təmsilçisi ilə müqavilə imzalaya bilər.

Bildirilir ki, "Qarabağ" Makreşkisi kifayət qədər böyük transfer məbləği qarşılığında heyətinə qatmağa yaxındır.

Sağ cinah müdafiəçisi 2023-cü ilin yayından "Ferentsvaroş"da top qovur.