Ceyranbatanda açıq ərazi yanır

Ceyranbatanda açıq ərazi yanır
Gündəm 01 İyul 2026 19:23

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində açıq ərazidə məişət və təkər tullantıları yığılan sahədə yanğın baş verib.

Bu barədə Sitat.info-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək”, - deyə əlavə edilib.