Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı XƏBƏRDARLIQ
Gündəm 29 İyun 2026 18:00
İyunun 30-u və iyulun 1-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
 
Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
 
Məlumata görə, Gəncə, Mingəçevir, Goranboy, Samux, Naftalan, Göygöl, Daşkəsən, Gədəbəy, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Yardımlı, Lerik, Naxçıvan MR-da sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.