Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva

Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
Gündəm 26 İyun 2026 08:23

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial media hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.

Sitat.info xəbər verir ki, paylaşımda deyilir:

“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq! Allah Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizə rəhmət eləsin! Uca Tanrı xalqımızı və doğma Azərbaycanımızı qorusun!”.