Venesuelada daha güclü zəlzələ riski var

Venesuelada daha güclü zəlzələ riski var
Gündəm 25 İyun 2026 21:00

Venesuelada növbəti güclü zəlzələ riski var.

Sitat.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji Xidmətinin Zəlzələ Təhlükələri Proqramının koordinator müavini Uilyam Barnhart xəbərdarlıq edib.

 
 
Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

"Onlardan bəziləri (afterşoklar) güclü yer silkələməsinə və əlavə ziyana səbəb olacaq qədər güclü olacaq", - ekspert proqnozlaşdırır.

Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelada silsilə dağıdıcı zəlzələlər baş verib.

ABŞ Geoloji Xidmətinin hesablamalarına görə, birinci zəlzələnin gücü 7,2, ikincisi isə 7,5 bal gücündə olub. Bunun ardınca 30 əlavə təkan qeydə alınıb.