Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb

Aİ Ukraynaya 3,2 milyard avro məbləğində ilk tranşı köçürüb
Gündəm 25 İyun 2026 18:41
Avropa İttifaqı (Aİ) 90 milyard avro məbləğində kredit dəstəyi proqramı çərçivəsində Ukraynaya 3,2 milyard avroluq ilk tranşı köçürüb.
 
Bu barədə Avropa İttifaqı Şurası "X" sosial şəbəkəsində məlumat yayıb.
 
"Aİ 2026-cı ilin aprelində Aİ Şurasının razılaşdırdığı 90 milyard avro məbləğində maliyyə yardımı paketi çərçivəsində ilk ödənişi həyata keçirib. Bu, Ukraynanın birinci dərəcəli ehtiyaclarının maliyyələşdirilməsini təmin etməyə kömək edəcək", - məlumatda qeyd olunub.