"Araz-Naxçıvan" Alexandro Herreranı transfer etdi

\"Araz-Naxçıvan\" Alexandro Herreranı transfer etdi
Gündəm 24 İyun 2026 18:39
Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb.
 
Bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.
 
Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti "1+1" illikdir.
 
21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Saraqosa" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfild"ində başlayan Herreranın son klubu Dominikan təmsilçisi "San Kristobal" olub.