Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı

Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapıldı
Gündəm 23 İyun 2026 20:13
Ağcabədi rayonunda iki yeniyetmənin itkin düşərək naməlum istiqamətə getməsi və axtarışa elan olunması ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
 
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, tədbirlərlə həmin yeniyetmələrin Bakı şəhərində olduqları yer müəyyən olunub və aidiyyəti üzrə təhvil verilib.
 
Onların itkin düşməsində kriminal tərkib müəyyən olunmayıb.
 
Foto: APA