Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanladı

Məsrur Bərzani Prezident İlham Əliyevə təbrik ünvanladı
Gündəm 22 İyun 2026 17:40
İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
 
Sitat.info xəbər verir kİ, təbrik məktubunda deyilir:
 
"Hörmətli cənab Prezident.
 
Azərbaycan Respublikasının Müstəqillik Günü və Qurban bayramı münasibətilə İraq Kürdüstan Regionunun hökuməti adından Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
 
Bu bayramlar münasibətilə ölkənizə və xalqınıza davamlı tərəqqi, sülh, əmin-amanlıq, xoşbəxtlik və firavanlıq arzulayıram.
 
İraq Kürdüstan Regionu hökumətinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafeyi naminə daha da möhkəmləndərilməsinə sadiqliyini bir daha təsdiqləyirəm.
 
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".