Pezeşkian Pakistana səfər edəcək

 Pezeşkian Pakistana səfər edəcək
SİYASƏT 22 İyun 2026 14:33

Sabah İran prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.

Sitat.info xəbər  verir ki, bununla bağlı,   ərəbdilli media orqanları Pakistandakı məlumatlı mənbələrə istinadən xəbər verir.

Məlumata görə, səfər İslam Respublikası və ABŞ nümayəndələri arasında müharibəyə son qoyulması məqsədilə “İslamabad Anlaşma Memorandumu”nun irəli aparılması və icrası ilə bağlı əldə olunan razılaşmadan bir gün sonraya təsadüf edir.

Bildirilir ki, İran tərəfi hələlik bu səfərlə bağlı xəbəri nə təsdiqləyib, nə də təkzib edib.

Sitat.info