Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət
Gündəm 17 İyun 2022 16:55

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2117 vaksin vurulub.

“Sitat.info” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 327, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 307, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1338, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 145 nəfərdir.