Yunanıstanda 5,8 maqnitudalı zəlzələ olub

Yunanıstanda 5,8 maqnitudalı zəlzələ olub
Gündəm 20 İyun 2026 16:30
Yunanıstanda bu gün 5,8 maqnitudalı zəlzələ baş verib.
 
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
 
Yeraltı təkanların episentri Krit adasındakı Retimno şəhərindən 69 km cənub-qərbində yerləşib.
 
Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.
 
Dağıntılar barədə məlumat daxil olmayıb.