"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib

\"İnter\" Marko Palestra üçün \"Atalanta\"ya təklif göndərib
Gündəm 18 İyun 2026 19:37
İtaliyanın "İnter" klubu futbolçu Marko Palestra üçün "Atalanta"ya təklif göndərib.
 
İnsayder Fabritsio Romanoya istinadən xəbər verir ki, ölkə çempionu 21 yaşlı müdafiəçi üçün 45+5 milyon avro ödəmək niyyətindədir.
 
Oyunçu Milan təmsilçisinə keçməyə hazırdır. Onunla şəxsi müqavilənin təfərrüatları müzakirə edilib.
 
Xatırladaq ki, Marko Palestra 2025/2026 mövsümündə icarə əsasında "Kalyari"də çıxış edib. O, 37 matçda 1 qol və 4 məhsuldar öürmə ilə yadda qalıb.