44 yaşlı kişi küçədə vəfat etdi - Foto

44 yaşlı kişi küçədə vəfat etdi - Foto
HADİSƏ 18 İyun 2026 09:38

Bakıda küçədə halı pisləşən şəxs vəfat edib.

Sitat.info  xəbər verir ki, hadisə Xətai rayonu Nəsirəddin Tusi küçəsində qeydə alınıb.

Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Ramin Şahməmməd oğlu Teymurşahov səhhətinin qəfil pisləşməsi səbəbindən küçədə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.