Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb

Dünya bazarlarında neft 3%-dən çox ucuzlaşıb
Gündəm 13 İyun 2026 09:55

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 3,37% azalaraq 1 barelə görə 87,33 ABŞ dolları təşkil edib.

Sitat.info-nun məlumatına görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyul ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 3,23% azalaraq 84,88 ABŞ dollarına bərabər olub.