Ermənistana neft məhsulları ixrac olunacaq

Ermənistana neft məhsulları ixrac olunacaq
Gündəm 11 İyun 2026 15:29

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq.

Sitat.info xəbər verir ki, söhbət 17 vaqondan ibarət 984 ton dizel yanacağından gedir.

Məhsulları daşıyan qatar bu gün saat 16:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətində göndəriləcək.