Fransalı müğənni zorakılıqda ittiham olunur
Məşhur fransız müğənni və aktyor Patrik Bryuel 13 qadına təcavüzdə ittiham olunub.
Sitat.info xəbər verir ki, onunla bağlı istintaq başladılıb.
Bildirilir ki, azı 13 qadın onu 1997-2012-ci illərdə cinsi xarakterli cinayətlərdə ittiham edib.
İyunun 8-də nəzarətə alınan aktyor 48 saat sorğulanıb.
İttiham irəli sürənlər arasında fransalı teleaparıcı Flavi Flaman da var. O bildirib ki, 1991-ci ildə - 16 yaşı olarkən, Bryuel ona narkotik tərkibli maddə verib və daha sonra təcavüz edib. Müğənni isə vəkili vasitəsilə ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edib.