“Galenwagen”lə xuliqanlıq edən sürücüsü saxlanıldı - Foto

“Galenwagen”lə xuliqanlıq edən sürücüsü saxlanıldı - Foto
KRİMİNAL 09 İyun 2026 11:39

 

İyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində “Mercedes” və “Kia” markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

DİN Mətbuat Xidmətindən Sitat.info-ya bildirilib ki, araşdırmalarla “Mercedes” markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib.

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.