Sabahın havası ilə bağlı xəbərdarlıq - Şimşək, dolu, sel...

Sabahın havası ilə bağlı xəbərdarlıq - Şimşək, dolu, sel...
Gündəm 08 İyun 2026 17:13
Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
 
Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə, iyunun 9-12-si gündüz saatlarında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir.
 
Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.