Sadıq Sadıqov vəfat etdi

Sadıq Sadıqov  vəfat etdi
Gündəm 05 İyun 2026 22:17

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov qəfil vəfat edib.

Sitat.info xəbər verir ki, 61 yaşlı funksioner bu gün dünyasını dəyişib.

 Qeyd edək ki, S. Sadıqov 2009-2015-ci illərdə “Neftçi”nin prezidenti olub.

Sadıq Sadıqovun prezident olduğu dövrdə “Neftçi” 3 dəfə Azərbaycan çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb.

Sadıq Sadıqov son olaraq “Neftçi” İdman Klubunun İdarə Heyətinin sədrinin müşaviri vəzifəsini icra edirdi.