Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq
Gündəm 05 İyun 2026 21:00
Ağcabədidə bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Sitat.info xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar olaraq iyunun 9-da saat 10:00-dan işlər yekunlaşanadək Ağcabədi şəhərinin Heydər Əliyev prospekti, Həzi Aslanov, Eynulla İsmayılov, Xəlil Səfərəliyev, Vaqif və Vidadi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.