Bu gün Xorvatiyanın İstriya bölgəsində kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.
Sitat.info xəbər verir ki, məlumatı Xorvatiya mediası yayıb.
Bildirilib ki, qəza nəticəsində 4 nəfər ölüb. İki nəfərin axtarışı isə davam edir.
Təyyarənin Almaniyadan havaya qalxdığı vurğulanıb.
Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.