Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur

Cəlilabadda qadın qətlə yetirildi - Şübhəli baldızı oğludur
Gündəm 03 İyun 2026 19:24

Cəlilabadda qətl hadisəsi törədilib.

Sitat.info xəbər verir ki, hadisə rayon mərkəzində, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, orta yaşlı qadın aldığı ağır xəsarətlərdən həyatını itirib.

İlkin məlumata görə, hadisəni törədən Anar adlı şəxs mərhumun baldızı oğludur. 

Hadisədən sonra şübhəli şəxs ərazidən qaçıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

//Qafqazinfo