Azərbaycanda ər arvadını bıçaqladı

Azərbaycanda ər arvadını bıçaqladı
KRİMİNAL 03 İyun 2026 09:28

Gəncədə qadına bıçaqla xəsarət yetirilib.

Sitat.info xəbər verir ki, 1990-cı il təvəllüdlü Aygün İsmayılova bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, 36 yaşlı qadını bıçaqlamaqda əri şübhəli bilinir.

Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.