56 aptekdə yoxlama - 18-də nöqsan tapıldı

14:30 2 İyun 2026

May ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

“Sitat.info” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

Yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3-cü maddələri üzrə müvafiq inzibati protokollar tərtib olunub.

 




Xəbər xətti