Xəbərdarlıq edildi: Güclü yağış, dolu və sel gəlir

Xəbərdarlıq edildi: Güclü yağış, dolu və sel gəlir
Gündəm 01 İyun 2026 16:33

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si səhər 3-ü gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Sitat.info Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.