Prezident onu “Dostluq” ordeni ilə təltif etdi

Prezident onu “Dostluq” ordeni ilə təltif etdi
Gündəm 01 İyun 2026 15:14

Azərbaycan Prezidenti İlham Əliyev Qurban Səidoviç Qurbanovun "Dostluq" ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Sitat.info-nun məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə deyilir:

"Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Qurban Səidoviç Qurbanov "Dostluq" ordeni ilə təltif edilsin".